SON XƏBƏR

Biz saxta, asılı, kvazi bir dövlət yaratdıq - Erməni deputat

Aprel 19
15:44 2017
Biz elə bir konstitusiyasının əsasını qoyduq ki, bu konstitusiyanın olduğu dövlət əslində saxta, müstəqillik, suverenlik sahəsində kvazi dövlətdir.

Axar.az xəbər verir ki, bunu "1in.am” saytına açıqlamasında Ermənistan parlamentinin deputatı Albert Baqdasaryan söyləyib.

"Biz bu situasiya ilə barışa bilmərik. Bu situasiya bizim üçün şərəfli deyil. Biz müstəqillik referendumu ilə öz arzumuz olan dövlətin əsasını qoyduq, arzumuzu yerinə yetirməyə çalışanda isə burada daha çox yer fərqli şəxslərə ayrıldı. Biz dövlətçilik hissindən məhrum edilmiş nəsilik. Biz müstəqil dövlətdən miras əldə edə bilmədik. Məhz buna görə, 1990-cı ildə baş nazirə fövqəladə səlahiyyətlər verdik. 1991-ci ildə isə prezident haqqında qanun qəbul edib, bu səlahiyyətləri ona ötürdük. Biz elə bir konstitusiyasının əsasını qoyduq ki, bu konstitusiyanın olduğu dövlət əslində saxta, müstəqillik, suverenlik sahəsində kvazi dövlətdir. Məhz buna görə bizdə xarici faktorlara qarşı dayanmaq üçün immunitet yoxdur”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook