SON XƏBƏR

"Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç" - Abdulbari Gözal

İyun 04
13:20 2019
"Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edən "Azərsun Holding"in prezidenti Abdulbari Gözal deyib.

A.Gözalın sözlərinə görə, dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz:

"Bu gün bizim üçün ən vacib ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunun doğru işləməsi lazımdır. Şükür Allaha cənab Prezident bu məsələni ələ alıb. Biz ona inanırıq, ölkə başçısı bir şeyi diqqətdə saxladısa ən yaxşısını görəcək. Əgər qanun doğru işləsə o bizim üçün xeyir-bərəkətdir".

Holdinq rəhbəri Azərbaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu deyib:

"Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim güvənim, simpatiyam ona artdı. Ona görə də arzu edirəm ki, qanunlarımız daha da ədalətli olsun". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook