SON XƏBƏR

Bişkekin mərkəzində bomba həyəcanı

May 24
11:04 2017
Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində əldəqayırma partlayıcı qurğunun mulyajı aşkar edilib.
 
Trend-in Dövlət Milli Təhlükəsizlik Komitəsinə istinadən verdiyi məlumata görə, səhər saatlarında şəhər milisinin növbətçi hissəsinə Milli Filarmoniyanın yaxınlığında şübhəli əşya olması ilə bağlı anonim zəng daxil olub.
 
Əraziyə cəlb edilən Daxili İşlər Nazirliyi və Dövlət Komitəsinin əməkdaşları "şübhəli qutu"nu tapıblar. Partlayıcı qurğunun mulyajı zərərsizləşdirilib.
 
Araşdırma davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook