Birləşmiş Ştatlar ÜST və Paris müqaviləsinə yenidən qayıdır
Yanvar 21
08:13
2021
ABŞ prezidenti Cozef Bayden ölkənin iqlim üzrə Paris müqaviləsinə geri qayıtması ilə bağlı fərman imzalayıb.
"Report” xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısının digər fərmanına əsasən ABŞ, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yenidən üzv olacaq.
Qeyd edək ki, ABŞ ÜST və iqlim üzrə Paris müqaviləsindən keçmiş prezident Donald Trampın imzaladığı müvafiq fərmanlarla çıxıb.