SON XƏBƏR

Birinci vitse-prezident Mehriban Əliyevanın katibliyində yeni təyinatlar olub

İyun 12
13:37 2017
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.
 
Qlobal.az "Report"a istinadən xəbər verir ki, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.
 
Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.
 
Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir: 
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
 
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
 
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
 
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
 
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir)
 
Xatırladaq ki, bu il mayın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook