SON XƏBƏR

Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

Oktyabr 06
00:09 2017
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verdi.
 
Bildirildi ki, bu binalar "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook