SON XƏBƏR

Birinci qrup əlildən ölkə rəhbərliyinə şikayət

Aprel 21
00:13 2017
Qlobal.az-ın elektron poçtuna 1-ci qrup əlil tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış şikayət məktubu daxil olub. 
 
Məktubu olduğu kimi təqdim edirik:
 
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
 
Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanm Mehriban Əliyevaya
 
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nziri cənab Səlim Müslümova  
 
Şəki rayonu Yeni Çələbixan köçkünlər qəsəbəsi, ev nömrə 71 sakini Abdullayev Adil Möhbalı oğlu tərəfindən
 
Ərizə
 
Yazıb sizə məlum edirəm ki, 1992-ci ildə erməni vandalları tərəfindən Laçın rayonu işğal olanda atla Laçın rayonu istiqamətində gələrkən yıxıldım və onurğa sümüyüm sındı. O vaxtdan 1-ci qrup əliləm. Mən sizin müvafiq sərəncamınıza əsasən 2006-cı ildən fasiləsiz olaraq ünvanlı sosial yardım alıram. 2016-cı ilin dekabr ayından ünvanlı sosial yardımım dayandırılıb. 5 aydır ki, həmin yardımdan məhrum olmuşam. Heç bir səbəb olmadan bir ailəm 2 azyaşlı uşağım var. Qızım Abdullayeva Səma Adil qızı 7-ci sinifdə oğlum Abdullayev Rəvan Adil oğlu 5-ci sinifdə təhsil alır. Onları saxlamağa gücüm çatmır. Odur ki, Prezident cənab İlham Əliyevə, birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və  Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova  mətbuat vasitəsi ilə müraciət edib xahiş edirəm mənə köməkdarlıq edin ki, bu imtiyazdan məhrum olmayım. Ümidvaram ki, mənim müraciətimə müsbət cavab verəcəksiniz.
 
Əlaqə: 051 844 98 22"
 
Qlobal.az
 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook