SON XƏBƏR

Birinci müavinini "aşırdan" başçı indi də ikinci müavinini "qaralayıb"?

Mart 10
08:26 2018
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev birinci müavini Yusif Abidovu vəzifəsindən azad etdikdən sonra indi də başqa bir müavinini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsrulla Vəliyevi "qaralayıb".
 
Bu barədə Qlobal.az-a rayondakı mənbə məlumat verib. 
 
Məlumata görə, Ziyəddin Əliyev Qubaya başçı təyin olunduqdan sonra yerli mühitlə, insanlarla, rayonda fəaliyyət göstərən sahibkarlarla tanış olduqdan sonra Nəsrulla Vəliyevin rayonda böyük nüfuza sahib olduğu görüb. Nəsrulla Vəliyevin əslən Qubalı və insanlar arasında böyük nüfuzunun olması yeni başçıda ciddi olaraq narahatlıq, daha doğrusu qısqanclıq yaradıb. Buna görə də İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əhalinin dolanışıq səviyyəsi ilə tanış olmaq üçün rayonun kəndlərinə etdiyi səfərlərdə son vaxtlar sosial-iqtisadi inkişafa birbaşa məsul olan müavini - Nəsrulla Vəliyevi özü ilə aparmır.
 
Məlumatda nümunə kimi Zərqava və Çiçi kəndlərinə edilən səfərlər göstərilir. 
 
Digər məlumatda isə İcra başçısının müavinini hədəfə almasına səbəb Nəsrulla Vəliyevin hansısa məclisdə Ziyəddin Əliyevin Qubada çox duruş gətirə bilməyəcəyini, vəzifədən gedəcəyini deməsi olub. Deyilənə görə bu söz İcra başçısına çatdıqdan sonra tərəflər arasında ciddi gərginlik yaşanmaqdadır.
 
Qeyd edək ki, əvvəllər Rusiyada geniş biznes şəbəkəsinin olduğu deyilən Nəsrulla Vəliyev rayonda həm də imkansız insanlara kömək edən şəxs kimi tanınır.
 
Məsələyə Quba rayon İcra Hakimiyyətindən münasibət öyrəndik. İcra Hakimiyyətindən Quba rayonunda hər bir istiqamət üzrə sürətli inkişafın getdiyini bildirdilər. İcra başçısının kəndlərə etdiyi səfərlərdə sosial-iqtisadi məsələlər üzrə müavinini aparmamasını isə rayonda çoxşaxəli tədbirlərin keçirilməyi ilə əlaqələndirdilər.
 
Xatırladaq ki, ötən ilin dekabr ayının 2-də Quba rayon İcra hakimiyyətinə başçı təyin edilən Ziyəddin Əliyev 10 gün sonra birinci müavini vəzifəsindən azad etmişdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook