SON XƏBƏR

Bir qrup senator Trampı Rusiyaya qarşı sərt mövqe tutmağa çağırıb

Fevral 10
02:48 2017
Bir qrup respublikaçı-senator ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq, onu Rusiyaya qarşı sərt mövqe tutmağa çağırıb.  
 
APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, senatorlar məktubda Trampı Rusiyaya qarşı daha prinsipial siyasət aparmağa və Kremlin Ukrayna və Suriyaya dair siyasəti dəyişməyincə, Rusiyaya qarşı mövcud sanksiya rejimini saxlamağa çağırıblar.  
 
Məktubda həmçinin, Rusiyanın prezident seçkiləri dövründə kiber hücumlar törətdiyi iddia edilir. Müraciətdə həmçinin qeyd olunur ki, ABŞ Suriyanın gələcəyi ilə bağlı Rusiya ilə hər-hansı hərbi və ya diplomatik razılığa  gəlməməlidir.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook