SON XƏBƏR

Bir direktoru iki general müdafiə edir? - iddia

Noyabr 06
00:04 2017
Ölkə mətbuatında Yasamal rayonunda yerləşən 20 nömrəli məktəbin direktor müavini Yasəmən Əliyeva barədə bir neçə yazı dərc olunub.
 
Xatırladaq ki, sözügedən yazılarda bildirilir ki, daxil olan şikayətlər əsasında amerikapress.com saytı tərəfindən Yasamal rayonunda yerləşən 20 nömrəli məktəb-liseydə və 308 nömrəli məktəbdə araşdırma aparılıb və araşdırma aparan jurnalist məktəb rəhbərləri tərəfindən təhdid edilib: "Bakının 20 nömrəli məktəb-liseyində məktəb-liseyin direktor müavini Yasəmən Əliyeva barəsində daxil olmuş çoxsaylı rüşvətalma faktları barəsində araşdırma aparılmış və həqiqiliyi təsdiqlənmişdir.
Belə olan halda,Yasəmən Əliyeva saytın rəhbəri Rauf Sultanova telefon danışığı zamanı hədə-qorxu gəlmiş və hətta öldütdürə biləcəyini demişdir.
Hazırda bununla bağlı Daxili İşlər Nazirliyinin 102-Məlumat Mərkəzinə şikayət ünvanlamışıq”. (amerikapress.com)
 
Dərc olunan digər yazıda isə qeyd olunur ki, artıq jurnalistin müraciəti əsasında Bakının Yasamal rayonunda yerləşən 20 nömrəli məktəb-liseyin direktor müavini Yasəmən Əliyeva və 308 nömrəli məktəbin direktoru Təranə Məmmədova barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma başlanılıb: "Araşdırmaya əsas və səbəb Konstitusiya və KİV haqqında qanunun Amerikapress.com saytının rəhbəri Rauf Sultanova verdiyi hüququn aşkar pozulması və normal fəaliyyətinə bilərəkdən maneçilik törədilməsidir.
 
Belə ki, hər iki məktəbə yaxın ərazidə R.Sultanov vətəndaşlar arasında sorğu keçirdiyi zaman sonuncuya hücum olunmuş və dərhal ərazidən getməsini təkidlə bildirmişlər.
 
Yasamal RPİ-si ilə əlaqə saxlayan R.Sultanov bildirdi ki, sabah Təranə Məmmədova polis bölməsinə dəvət olunaraq izahatı alınacaq.
Ümid edirik ki, hüquq mühafizə orqanları mətbuata qarşı təcavüz rolunda çıxış edən Təranə Məmmədova və Yasəmən Əliyeva barəsində qanunvericiliyə uyğun tədbir görəcəkdir”.
 
Məsələ ilə bağlı 365info saytının redaksiyasına daxil olan məlumata görə Yasəmən Əliyeva əslən Quba royunundandır və onu Müdafiə Nazirliyinin iki generalı himayə edir.
 
Redaksiyamıza daxil olan məlumata görə Bu generallardan ona əsas himayədarlıq edən keçmiş müdafiə naziri Səfər Əbiyevdir.
 
Ancaq Səfər Əbiyevdən başqa onu himayə edən digər general Müdafiə Nazirliyinin Tibb Baş idarəsinin rəisi Natiq Əliyevdir.

Deyilənə görə Yasəmən Əliyeva məhz bu şəxslərə güvənərək jurnalisti təhdid edir.
 
(Mənbə:365info.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook