SON XƏBƏR

Bir ay əvvəl açılmış tunel su altında qalıb - Səbəb "şiddətli yağış"dır? VİDEO

Sentyabr 04
09:30 2019
Sabunçu rayonunda təxminən bir ay bundan öncə açılışı olmuş tunel yağışdan sonra keçilməz vəziyyətə düşüb.  

Bu barədə jamaz.info məlumat yayıb.

Belə ki, Sabunçu qəsəbəsində dəmir yolu vağzalının yaxınlığında inşa edilmiş tunel yağışdan sonra suyla dolub. Keçilməz halda olan tuneldə hətta bir neçə maşının su içində qaldığı da vurğulanır.

Qeyd edək ki, rayonu başına almış infrastruktur və kommunal problemləri aradan qaldırmaq üçün heç bir addım atılmır. Hətta belə bir addım atılsa belə, onun kosmetik xarakter daşıdığı diqqəti çəkir.

Rayon sakinləri bildirir ki, Sabunçu İcra Hakimiyyətinin səlahaiyyətli şəxsləri hansı işlə məşğul olduqları məlum deyil. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, heç bir tədbir görməyiblər. "Sizə göndərdiyimiz videonu ictimailəşdirin. Bəlkə İcra Hakimiyyəti qış yuxusundan ayıldı”.

**

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Musavat.com-a bildirib ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb:

"Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzaqlaşdırılmasını çatdıra bilməyib. Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub.

Yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədilə tunel maşınların hərəkəti üçün açılıb”.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook