SON XƏBƏR

Binəqədidə "Abad həyət"i "özəl"ləşdirən kimlərdir? - FOTOLAR

Avqust 08
12:47 2019
Avqust ayının 6-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi.
 
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. 
 
Qlobal.az-a verilən məlumata görə Leyla Əliyeva açılışı etdiyi ərazini tərk etdikdən sonra "Versal Palace" şadlıq sarayı ilə üzbəüz olan Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən 3 nömrəli beşmərtəbəli binanın qarşısındakı qarşısı maşınların nömrələrinə uyğun işarələnərək "özəlləşdirilib". Bu da binada yaşayan bir qrup sakinin haqlı etirazına səbəb olub. Belə ki, ərazidə aparılan "nömrələmə əməliyyatı"ndan sonra əksər sakinlər avtomobillərini saxlamağa yer tapmırlar.
 
Hadisəyə etiraz edən sakinlər bildirirlər ki, Leyla Əliyevanın şəxsi təşəbbüsü ilə təmir olunaraq istifadəyə verilən ərazinin vəzifəli və ya imkanlı şəxslər tərəfindən dərhal zəbt edilərək təmirin formatına və görüntüsünə uyğun olmayan və ərazinin görüntüsünü pozan bu çirkin nömrələnmə işi həm də ciddi qanun pozuntusudur.
 
Sakinlər ümid edir ki, aidiyyatı qurumlar bu neqativ hal barədə dərhal ölçü götürərək qanun pozuntusunu həyata keçirənlər barədə inzibati cəza tətbiq edəcək.  

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da, heç bir cavab verilmədi. 
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook