SON XƏBƏR

Binəli Yıldırım Nikol Paşinyana cavab verib

May 11
17:41 2018
"Ermənistan illərdir Türkiyəyə qarşı düşməkçilik mövqeyindən, ərazi bütövlüyünə, sərhədlərinə yönəlmiş yanlış siyasətindən əl çəkirsə, hər hər şeydən vazkeçib yeni bir səhifə açmaq istəyirsə, bununla bağlı detalları müzakirə edib, uyğun addımlar ata bilərik".

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binali Yıldırıb deyib.

O, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın iddialarına cavab verib: "Biz başda qonşularımız olmaqla heç kimsəyə qarşı düşmənçilik içində olmağı arzulamırıq. Belə bir münasibət varsa, ölkəmizin mənfəətlərinə uyğun dəyərləndirərik".

Qeyd edək ki, Nikol Paşinyan bir neçə gün əvvəl verdiyi açıqlamada Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı olduqlarını, amma rəsmi Ankaranın üçüncü ölkə ilə (Azərbaycanı nəzərdə tutur) bağlı şərtlər irəli sürdüyünü bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook