SON XƏBƏR

Binəli Yıldırım Azərbaycan prezidenti və Gürcüstanın baş nazirinə zəng edib

Oktyabr 29
22:15 2017
Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu verdikləri dəstəyə görə təşəkkür edib.

Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmir yolunun xeyirli olmasını arzu edib.

Qeyd edək ki, sabah Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş nazirinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook