SON XƏBƏR

Bəzi şirkətlər dizel ilə işləyən avtomobil istehsalını dayandırır

İyul 20
07:22 2017
Avtomobil bazarında ənənəvi motorlar dövrü öz yerini elektrikli motorlara verməyə başlayıb. Bir çox avtomobil şirkətindən sonra bu dəfə də məşhur alman avtomobil şirkəti "Porsche" yeni istehsal etməyə başladıqları dizel modellərinin son dəfə olacağını bildirib.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Porsche"nin baş icraçı direktoru Oliver Blume deyib.

Qeyd edək ki, bir qədər əvvəl "Volvo" şirkəti də 2019-cu ildən etibarən ancaq elektrikli motorlu avtomobil istehsal edəcəyini bildirib. Həmçinin dünən "Mercedes" şirkəti 2 mln. ədədə yaxın istismarda olan dizel motorlu avtomobilini zərərli tullantı norması yüksək olduğu üçün geri çağırıb. Şirkət zərərli tullantıların normasını azaltmaq üçün 220 mln. avro (253 mln. ABŞ dolları) xərcləyəcəyini bildirib.

Xatırladaq ki, belə bir problem 2015-ci ildə Almaniyanın "Wolksvagen" şirkəti ilə baş verib və o zaman şirkət 4,3 mlrd. dollar cərimə olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook