SON XƏBƏR

Bəzi hakimiyyət nümayəndələri təkliflərimizə müsbət yanaşır – Arif Hacılı

İyun 20
15:52 2020
Musavat Partiyası 14 günlük sərt karantin rejimi ilə bağlı təkliflər paketi hazırlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə partiya başqanı Arif Hacılı məlumat verib. Arif Hacılı qeyd edib ki, milyonlarla vətəndaşın evdə qalmasını tələb edən, iş yerlərini qapadan hakimiyyət vətəndaşları maddi cəhətdən təmin etməyə, onların biznesini qorumağa borcludur:
 
"Bəzi hakimiyyət nümayəndələri epidemiya dövrü ilə əlaqədar təkliflərimizə müsbət yanaşdıqlarını bildirir. Bizim təkliflərimiz paket halındadır. Bəzilərini qəbul edib, digərlərini qəbul etməmək olmaz. Milyonlarla vətəndaşın evdə qalmasını tələb edən, iş yerlərini qapadan hakimiyyət vətəndaşları maddi cəhətdən təmin etməyə, onların biznesini qorumağa borcludur.

Öyünəndə Amerikadan, Almaniyadan danışan rejim nümayəndələri o ölkələrdə hər ay fərq qoymadan hər bir vətəndaşa 1000 dollardan, 1000 avrodan artıq vəsait, müraciət edən hər kəsə tələbatına uyğun ərzaq verildiyini bilirmi? Azərbaycanda virusa yoluxanların, dünyasını dəyişənlərin sayı iyun ayında əvvəlki aylara nisbətən xeyli artıb. Dünən daha bir antirekord qırıldı. Müvafiq olaraq karantin şərtləri də sərtləşib”.

Arif Hacılı bildirib ki, vətəndaşların qara günə saxladıqları ehtiyatları da tükənib: 

"Belə olan halda iyun ayında onsuz da aztəminatlı əhalinin məhdud dairəsini əhatə edən 190 manatın kəsilməsinin izahı nədir?

Ən azı iyun və iyul aylarında 190 manat müavinətlər ödənməli, yardımların daha çox əhaliyə verilməsi təmin edilməli, orta və xırda biznesin xilası üçün xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilməlidir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook