SON XƏBƏR

Beynəlxalq poçt göndərişləri dövlət məmuru tərəfindən saxlanıldı

İyul 04
19:50 2018
Beynəlxalq poçt göndərişləri dövlət məmuru tərəfindən saxlanıldı.

Son günlər ölkə xaricindən mobil telefon və digər elektron cihazlar sifariş edən fiziki şəxslər problemlərlə üzləşiblər.  Belə ki, sifariş edilən telefonlar on günə yaxındır ki, Poçt Daşıma Mərkəzində saxlanılır və aidiyyatı poçtlara çatdırılmır. 

Bu problemlə bağlı poçta müraciət edənlərə bağlamaların gömrük məmuru tərəfindən heç bir səbəb olmadan saxlanıldığı bildirilir.

Qeyd edək ki, qanunla bağlamaların PDM-də saxlanılması müddəti maksimum 5 gün çəkə bilər. Amma iyun ayının 24-dən PDM-ə daxil olan bağlamalar, hələ də orada saxlanılır.

Bu özbaşnalığın başında PDM-ə yeni təyin olunmuş gömrük rəisi polkovnik rütbəli  "Abdullayev İsmayıl Hüseyn" oğlunun olduğu bildirilir.

Vətəndaşlar tərəfindən bu dövlət qulluqçusuna edilən çox saylı zənglərə, həmin kəs gobudcasına cavab verir və tapşırığın yuxarıdan olduğunu bildirərək dəstəyi asır.

Bu məmur özbaşınalığı elə bir qorxulu həddə çatıb ki Azərbaycanın digər bölgələrinə göndərilən bağlamarın sahiblərini məcbur ederək Bakıya gəlmələrini, onlara qanunsuz rusum ödəməyini tələb edir.

Ümidvarıq ki bu məsələ adiyatı orqanlar tərəfindən ciddi nəzarətə götürüləcək və həmin məmur barəsində tədbir görüləcək.

Mövzu ilə əlaqədar qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
(İnter.az)
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook