SON XƏBƏR

Beynəlxalq Ordu Oyunları Azərbaycanda da keçiriləcək

Mart 05
14:06 2018
Beynəlxalq Ordu Oyunları bu il iyulun 28-dən avqusatun 11-dək altı dövlətin - Rusiya, Azərbaycan, Belarus, İran, Qazaxıstan və Çinin ərazisində keçiriləcək

"Report" xəbər verir ki, Moskvada Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsevin başçılığı altında "Beynəlxalq Ordu Oyunları - 2018"ə hazırlıqla bağlı konfrans keçirilib. Konfransda ərazilərində bir sıra müsabiqələrin keçirilməsi planlaşdıırlan Azərbaycan, Belarus, İran, Qazaxıstan, Çinin hərbi qurumlarının nümayəndə heyətləri, eləcə də Asiya, Afrika, Avropa və Amerikanın digər ölkələrinin hərbi attaşeləri iştirak ediblər.

General-leytenant İ.Buvaltsev qeyd edib ki, oyunlarda iştirak üçün 2018-ci il martın 1-nə 9 ölkədən 74 komanda müraciət edib. Oyunlar zamanı 28 beynəlxalq müsabiqə keçiriləcək, onlardan 17-si Rusiya ərazisində olacaq.

Konfrans çərçivəsində general-leytenant İ.Buvaltsev Beynəlxalq Ordu Oyunlarının iştirakçıların döyüş hazırlığının artmasına töhfə verdiyini və heç də az əhəmiyyətli olmayan müxtəlif ölkələrin hərbçiləri arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirdiyini vurğulayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook