SON XƏBƏR

Beyləqanda seçki qalmaqalı – Müsavatın namizədinə məcburi imtina yazdırdılar

Yanvar 13
20:39 2020
Şöbə müdiri İlqar Quliyev Prezident Adminstrasiyasının adından namizədləri təhdid edir...

9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı Beyləqanda qalmaqal baş verib.

Secki.net-ə daxil olan məlumata görə Müsavat partiyası tərəfindən 81 saylı Beyləqan seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Tahir Qənimət oğlu dünən DSK-ya ərizə yazaraq seçkidən imtina edib. Secki.az-a Beyləqandan verilən məlumatda bildirilir ki, Tahir Əliyevin namizədliyinin geri götürülməsini Beyləqan icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və müavin vəzifəsini icra edən İlqar Quliyev təşkil edib.

Məlumatda qeyd edilir ki, İlqar Quliyev Tahir Əliyevlə görüşərək ona bəzi vədlər verib. Şöbə müdiri Prezident Adminstrasiyasının Müsavat partiyasının Beyləqan rayonunda namizədi olmamasını dilə gətirərək Tahir Əliyevin qarşısında seçim etmək təklifi verib. Şöbə müdirinin vədlərinə inanan Müsavat partiyasının namizədi dünən DSK-ya gedərək namizədliyini geri götürüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook