SON XƏBƏR

Beyləqanda maliyyə şöbəsinin tender fırldağı - Bu büdcə talanından Samir Şərifovun xəbəri varmı?

Yanvar 25
12:49 2019
Beyləqan Maliyyə Şöbəsinin müdiri İslam Allahverdiyev fiziki şəxs Zakir Bağırovu rayonun "tender kralına” çevirib

Beyləqandan PİA.az-a daxil olan məlumata görə rayon Maliyyə idarəsinin müdiri, İslam Allahverdiyev Asif Ağayevon icra başçısı təyinatından sonra sözün əsl mənasında qol qanad açmağa başlayıb. İddialara əsasən yeni icra başçısı "dostlaşa” bilən Beyləqanın maliyyə şöbəsinin müdiri büdcə talanına start verib.

Rayondan PİA.az-ın elektron poçtuna daxil olan məlumatda vurğulanır ki, İslam Allahverdiyev tutduğu vəzifəsindən sui-istifadə edərək yerli kənd icra nümayəndələrini fiziki şəxs Zakir Bağırovun adına maliyyə əməliyyatları həyata keçirməyə məcbur edir. Təkcə 2018-ci ilin noyabr dekbar aylarında Beyləqanın bir çox kənd icra nümayəndələri fiziki şəxs Zakir Bağırovla bərk invertarların və digər avadanlıqların alınması altında 50-80 min manat arası maliyyə əməliyyatları həyata keçiriblər. Və yenə də iddilara əsasən icra baçısı Asif Ağayev baş verənlərdən xəbərdardır.

Qeyd edək ki, PİA.az daxil olan məlumatı bir neçə mənbə ilə dəqiləşdirib. Baş verənlərlə bağlı PİA.az-a danışan mənbələrdən biri bildirib ki, həyata keçirilən maliyyə əməliyyatlarında 22 faizi İslam Allahverdiyevə çatır. Qeyd edilir ki, İslam Ağayevin bu işdə əsas ortağı onun baş mühasibi Şahpələng Mahmudovdur. Məhz bu iki məmur birləşərək fiziki şəxs Zakir Bağırovun adına olan əməliyyatlardan xeyli qazanc əldə edirlər.
 


Başqa bir mənbənin PİA.az-a verdiyi məlumatda vurğulnır ki, Asif Ağayevin icra başçısı təyin edilməsi Maliyyə idarəsi müdirini yenidən qol qanad verib. Belə ki, Kapital Bankın rayon şöbələrindən birinin müdiri vasitəsi ilə Asif Ağayevlə isti münasibətlər yaradan İslam Allahverdiyevin artıq başçının evinə bazarlığı şəxsən özünün etdiyi bildirilir.

Başçı ilə yaxın münasibətdən istifadə edən İslam Allahverdiyev icra nümayəndələrini fiziki şəxs Zakir Bağırovla müqavilə bağlamağa məcbur etməkdən çəkinmir və icra nümayəndələrini də rahatca saxtakarlığa məcbur edir. Mənbəmiz onu da qeyd edib ki, Vaqif Abdullayevin dövründə icra başçısından icazəsiz kabinetindən çıxa bilməyən İslam Allahverdiyev indi sözün əsl mənasında "əjdahaya” dönüb.

Başqa bir məlumatda isə vurğulanır ki, İslam Allahverdiyev qardaşı Rüstəm Allahverdiyevi rəsmi olaraq özünə sürücü kimi götürsədə, daimi öz şəxsi 99 LJ 011 markalı avtomobilindən istifadə edir. İdarə müdiri qardaşının adına olan əmək haqq kartını cibinə qoymaqla bərabər, Maliyyə idarəsinin "Shevrolet” markalı xidməti avtomobilini isə 1-ci Şahsəvən kəndində yerləşən fermasında istifadə edir.

Məlumatda bildirilir ki, Asif Ağayevlə isti münasibətlərin formalaşmasından həvəsəgələn İslam Allahverdiyev öz yaxın ətrafını bəzi yüksək vəzifələrə çəkməyə çalışır. İdarə müdiri özünə yaxın olan şəxslərlə içki məclində otururkən Asif Ağayevi dayanmadan tərifləməklə bərabər, onun müavinlərini ləkələməklə də məşğul olur.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook