SON XƏBƏR

Bərzani Kürdüstanın müstəqilliyindən vaz keçməyə hazırdır

Oktyabr 09
14:45 2017
İraq Kürdüstanının başçısı Məsud Bərzani Bağdadın regiona qarşı tətbiq etdiyi sanksiyaları geri götürəcəyi təqdirdə kürd muxtariyyətinin müstəqilliyi haqqında referendumun nəticələrini dondurmağa hazır olduğunu deyib. 

Virtualaz.org "Əl-Əribiyyə” kanalına istinadən xəbər verir ki, bu barədə bu gün kürd lideri ilə danışıqların nəticələri barədə danışarkən İraqın vitse-prezidenti Üsamə ən-Nüceyfi bildirib.

Ən-Nüceyfinin sözlərinə görə, Bərzani İraq hakimiyyəti ilə dialoqa hazırdır

Xatırladaq ki, dünən Bərzani İraqın vitse-prezidentləri Üsamə ən-Nüceyfi və Ayad Alaui ilə danışıqlar aparıb. Həmin danışıqlarda Bağdadla Ərbil arasında yaranmış böhran vəziyyətindən çıxış üçün yollar axtarılıb.

Bununla belə, İraqın baş naziri ofisinin rəsmi nümayəndəsi Saad əl-Hədisi qeyd edib ki, vitse-prezidentlərin təşəbbüsü Bağdadın rəsmi mövqeyini əks etdirmir və görüşlər mərkəzi hakimiyyətlə razılaşdırılmayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook