SON XƏBƏR

Berlində gərginlik: Xalq etiraza başladı

Sentyabr 25
00:27 2017
Berlinin mərkəzində Almaniya üçün Alternativ Partiyasının əleyhdarlarının etiraz aksiyası başlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
 
Aksiya Alternativ Partiyasının Bundestaq seçkilərinin nəticələrini qeyd etdiyi bina yaxınlığında baş verib. Aksiyanın təşkilatçılarından olan Hans Zommer hazırda 1300 nəfərin etirazlarda iştirak etdiyini bildirib.
 
"Düşünürəm ki, bu partiya xalq arasında inamsızlıq və sosial qarışıqlıq yaradan irqçi partiyadır. Onlar cəmiyyətin problemlərinə heç bir cavab vermir, yalnız qorxuya xidmət edirlər”, - Zommer deyib.
 
Qeyd edək ki, aksiya təşkilatçıları etirazların dinc xarakter daşıdığını bildirsə də, hadisə yerinə xeyli sayda polis və xüsusi təyinatlı dəstələr cəlb olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook