SON XƏBƏR

Benyamin Netanyahudan HƏMAS-a cavab: "Yalan deyirsiniz!" - Video

May 08
12:42 2017
İsrail baş naziri Benyamin Netanyahunun HƏMAS-ın keçən həftə yayımladığı doktrinasına münasibətini əks etdirən video yayımlanıb.
 
Axar.az xəbər verir ki, İsrail lideri 97 saniyəlik videoda HƏMAS-ın bu sənəd sayəsində dünyanı aldatmağa çalışdığını bildirib. O, daha sonra bu doktrinanın hara aid olduğunu soruşub və onu əzərək zibil qutusuna atıb.
 
Qeyd edək ki, HƏMAS keçən həftə yeni doktrinasını yayımlamışdı. Bu doktrinada HƏMAS Müsəlman qardaşlarından ayrıldığını, İsrailin məhv edilməsi planından əl çəkdiyini, 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasını dəstəklədiyini bildirmişdi.
 
İsrail hökuməti isə bu doktrinaya inanmadığını dərhal açıqlamışdı.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook