SON XƏBƏR

Benyamin Netanyahu: Ümid edirəm ki, İsrail ilə Türkiyə arasındakı münasibətlərdə normalaşma prosesi davam edəcək

İyul 17
23:35 2016
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyədə hərbi çevrilişə cəhddən sonra açıqlama verərək, hər iki ölkə arasında münasibətlərdə normalaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu bildirib.
 
AZƏRTAC haberler.com saytına istinadla xəbər verir ki, bu barədə Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik toplantısındakı çıxışında deyib.
 
Qeyd edək ki, aprelin 27-də Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması haqqında sənədin mətni hazırlanmışdı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook