SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Bələdiyyə sədri “leş mafiyası”ndan nələr danışdı: “AQTA-nın bundan məlumatı var idi”

Sentyabr 18
13:12 2019
"Leş Tofiq” ləqəbi ilə tanınan Alıbəy Rzaxanovun həbsindən sonra müzakirə olunan məsələlərdən biri də onun yaşadığı kəndin dövlət qurumlarının onun bu fəaliyyətindən məlumatlı olub-olmamalarıdır.

"Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında "leş mafiya”sından Sabirabad rayonu, Xəlfəli kənd bələdiyyəsinin də xəbərdar olduğunu deyib:

"Mən Xəlfəli kəndinin bələdiyyəsinə və din xadimlərinə üz tutub deyirəm: Ey din xadimləri, ey bələdiyyə, bu proseslər sizin gözünüzün qarşısında baş verirdi. Niyə qarşısını almaq üçün müdaxilə etmirdiniz?”

Xəlfəli kənd bələdiyyəsinin sədri Əliyev Əliş birlik sədrinin bu ittihamına cavab verib. O, Cebhe.info-ya açıqlamasında A.Rzaxanovun dəstə üzvü olan Xəlfəli kənd sakini Əlifxan Rzaxanovu qəssab kimi tanıdığını, onun ölü heyvan əti satdığından xəbərdar olmadığını deyib:

"Mən Əlifxan Rzaxanovu qəssab kimi tanımışam. Onun həyətində nə işlə məşğul olduğundan xəbərim olmayıb. Sadəcə bilirəm ki, onun böyük bir "Ford”u var. Heyvan alıb bu maşınla daşıyıb. Onun ölü heyvan əti emalı ilə məşğul olduğunu bələdiyyə yox, polis orqanları bilməlidir. Əgər onun qonşularının narazılığı olarsa, bələdiyyə müdaxilə edə bilər. İkincisi, AQTA-nın bundan məlumatı var idi. Gəlib maraqlanmışdılar. Hətta ət emal olunan yeri bir dəfə yoxlayıblar da. 2 il əvvəl də Əlifxan bu işlə məşğul olmuşdu. Onu həbs etdilər. Sonra azadlığa buraxdılar ki, guya bu adam həmin işdən əl çəkib. Yəni bu işdən hamının xəbəri var idi və hamı da göz yumurdu. Bu cinayətdə Ə.Rzaxanovun ailəsindən özü də daxil olmaqla 3 nəfər iştirak edib. Bunlar özü, oğlu və bacısının oğludur. Yəni Xəlfəli kəndindən bunlar 3-ü olub. Qida Təhlükəsizlik Agentliyindən 15-20 gün əvvəl mənə zəng edib bu hadisə barədə məlumat istəyiblər. Mən də dedim ki, onun həyətindən xəbərim yoxdur. Əgər lazımdırsa, gəlin, sizi onun evinə aparım”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook