Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Noyabr 05
20:13
2019
Binəqədi qəsəbə Bələdiyyəsinini sədri Aytac Əliyeva hakim qarşısına çıxarılacaq...
BakuPost xəbər verir ki, fəaliyyəti dövründə adı korrupsiya ittihamında hallanan Aytac Əliyeva haqqında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılan cinayət işi artıq yekunlaşıb. Hazırda Aytac Əliyevanın işi məhkəmədədir. Onun hakim qarşısına çıxarılacağı bildirilib.
BakuPost-a danışan Aytac Əliyeva haqqında cinayət işinin açılmasıyla bağlı xəbəri təkzib etmişdi: "Azərbaycan qanunlarla idarə olunur. Əgər bir şəxs haqqında cinayət işi açılıbsa, həmin şəxs seçkili qurumda mandat daşıyırsa, onun fəaliyyəti ya dondurulur, ya da xitam verilir. Bun halların heç biri baş vermədiyi üçün deyə bilərəm ki, barəmdə cinayət işinin açılması xəbərinin heç bir əsası yoxdur”.
Qlobal.az