SON XƏBƏR

Bələdiyyə seçkilərində iştirak üçün 28 min 410 nəfər dairə seçki komissiyalarına müraciət edib

Noyabr 08
01:10 2019
Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov məlumat verib. 

MSK sədrinin sözlərinə görə, 14846 nəfər fərdi qaydada müraciət edib. 13524 nəfərin siyasi partiyalar tərəfindən, 40 nəfərin isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

M.Pənahov əlavə edib ki, 17509 nəfər imza vərəqəsi götürüb. Onlardan 2419-u imza vərəqəsini geri qaytarıb.

MSK sədri qeyd edib ki, bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb.
 
(Trend.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook