SON XƏBƏR

Belçikadan üç azərbaycanlı deportasiya olundu

Yanvar 29
12:43 2019
Belçika Krallığından üç azərbaycanlı-Nəsibov Sənan Cəfər oğlu, Salahov Səlahəddin Sabir oğlu və İsayeva Nazilə İsa qızı deportasiya olunub.

"Report”un verdiyi məlumata görə, azərbaycanlılardan biri Azərbaycan, biri Özbəkistan, digəri isə Ukrayna vətəndaşıdır.

Onların deport olunmasına səbəb yaşamaq izni ilə bağlı müraciətlərində yerli qanunvericiliyin tələblərinə ciddi əməl etməmələridir. Belə ki, müraciət edən azərbaycanlılar miqrasiya nümayəndələrinə yanlış məlumat veriblər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook