SON XƏBƏR

Belarusun daxili işlər naziri: “Bizdə “vor zakon”lar heç burunlarını da çölə çıxara bilmir”

Dekabr 04
14:49 2016
Belarusun hüquq-mühafizə orqanları ölkədə "vor zakon” titulu daşıyanlarla bağlı vəziyyəti iddi nəzarət altında saxlayır.

Virtualaz.org xəbər verir ki, bunu "Belarus 1” telekanalının efirində daxili işlər naziri İqor Şuneviç deyib.

Onun sözlərinə görə, vətəndaşlar "vor zakon” məsələsindən qayğılanmamalıdır. Çünki DİN-in mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı Baş idarəsi belələrini nəzarət altında saxlayır. "Bu iş hər gün, hər yerdə kifayət qədər sərt, peşəkar formada aparılır”-nazir bildirib.

Şunaeviç qeyd edib ki, hazırda DİN-ə Belarus mənşəli 6 "vor zakon” məlumdur. Onların hamısı xaricdə titul alıblar. Belarus ərazisində heç vaxt "sxodka” keçirilməyib. Həmin "vor zakon”lardan 3-ü hazırda həbsxanadadır, ikisi xaricdədir. "Onlar heç burunlarının ucunu da burada göstərə  bilmirlər”-nazir deyib. Daxili işlər nazirinin bildirdiyinə görə, 6-cı "vor zakon” Belarusun Slutsk şəhərində nəzarət altındadır.

"Prestupnoy Rossii” saytı qeyd edir ki, 2015-ci ildə Belarus türmələrində 4 "vor zakon” var iid. Lakin həmin ilin aprelində "Rövşən Lənkəranski”nin keçirdiyi "sxodka”da hamısının titulu əllərindən alınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook