SON XƏBƏR

Belarus Rusiya rublundan imtina edir

İyun 14
20:01 2017
Belarus Milli Bankı (BMB, Mərkəzi Bank) iyul ayının 1-dən etibarən Rusiya rublunu özünün qızıl-valyuta ehtiyatlarının tərkibində nəzərə almayacaq.
 
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, BMB hesablaşmalarda tam olaraq beynəlxalq standartlara keçməyi planlaşdırır.
 
Xatırladaq ki, bank 2004-cü ildən ehtiyatlarının həcmini açıqlamağa başlayıb. Bu zaman 2 fərqli metoddan istifadə edilib. Bunlardan biri Beynəlxalq Valyuta Fondunun (IMF), digəri isə milli standartlar əsasında hazırlanıb. Vahid hesablaşma göstəricisinə keçmək qərarına isə Mərkəzi Bank IMF və Dünya Bankı ilə apardığı məsləhətləşmələrdən sonra gəlib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook