SON XƏBƏR

Bəkir Bozdağ: TANAP Türkiyə regionlarının inkişafına kömək edəcək

Aprel 10
00:14 2018
Transanadolu qaz kəməri (TANAP) Türkiyə regionlarının inkişafına kömək edəcək.
 
Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
 
O bildirib ki, TANAP Türkiyənin hazırda həyata keçirdiyi mühüm layihələrdən biridir.
 
B.Bozdağ vurğulayıb ki, TANAP-ın keçəcəyi bütün vilayətlər bu layihənin istismara verilməsindən etibarən iqtisadi planda inkişaf etməyə başlayacaq.
 
Qeyd edək ki, Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan Transanadolu boru kəmərinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edəcək. Transadriatik qaz kəmərinin (TAP) tikintisi başa çatandan sonra ilk qaz Avropaya təxminən 2020-ci ilin əvvəllərində çatacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook