SON XƏBƏR

BƏƏ-nin xarici işlər naziri: Qətərə əlavə sanksiyaların tətbiqi barədə danışmaq tezdir

İyul 05
00:35 2017
Qətərə əlavə sanksiyaların tətbiqi barədə danışmaq hələ tezdir və bu, Dohanın Küveytin vasitəçiliyi ilə verəcəyi cavabdan asılı olacaq.
 
Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zayed Al Nahyan Yaxın Şərq turnesi çərçivəsində Abu Dabidə səfərdə olan Almaniya XİN-in başçısı Ziqmar Qabriel ilə birgə mətbuat konfransında bəyan edib.
 
Onun sözlərinə görə, dörd ərəb ölkəsi əvvəlki kimi Qətərdən cavab gözləyir. Nazir vurğulayıb ki, Qətərin diplomatik böhrandan çıxmaq üçün Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin irəli sürdükləri şərtlərdən imtina edəcəyi təqdirdə, bu ölkələrin Dohaya münasibətdə atacağı hər bir addım beynəlxalq qanunvericiliyə uyğun olacaq.
Xatırladaq ki, Qətərlə münasibətlərini kəsən dörd ərəb ölkəsi daha əvvəl onların ultimatumuna cavab verməsi üçün Qətərə verilmiş möhləti 48 saat uzatmaq barədə razılığa gəlib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook