SON XƏBƏR

BDU-nun itkin düşən tələbəsi tapıldı

Noyabr 23
13:25 2018
İtkin düşən BDU-nun tələbəsi Ayza Məmmədova Rusiya aeroportunda hüquq-mühafizə orqanları tərəfindən tapılıb.

Qızın bibisi oxu.az-a bildirib ki, bu barədə ona Ayzanın Rusiyada yaşayan atası, 1966-cı il təvəllüdlü Şahin Məmmədov məlumat verib:

"Qardaşımla danışdım. Ayzanı aeroportda polis saxlayıb və qardaşıma xəbər verib. Vəziyyəti yaxşıdır. Niyə heç kimə xəbər vermədən belə bir addım atdığını başa düşə bilmirik”.
 
***
 
12.20
 
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi itkin düşüb.

Qlobal.az xəbər verir ki, bu barədə oxu.Az-a tələbənin bibisi 1963-cü il təvəllüdlü İsmayılova Qumru məlumat verib.

O bildirib k, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovadan 22 noyabr səhər saat 08:00-dan sonra xəbər ala bilməyib:

"Dünən Ayzanı universitetə yola salmışam. Bakı Dövlət Universitetinə getmək adı ilə evdən çıxıb. Həmişə saat 3-4 arası evdə olurdu. Axşam saat 06:00-a qədər gözlədim, gəlmədi. Sonra baxdım ki, evdə bəzi əşyaları - kompüteri, kosmetika əşyaları yoxdur.

Mən də yoldaşımla polisə müraciət etdim. Xəbər aldıq ki, bu adla Rusiyaya bilet alınıb. Atası, anası orada yaşayır. Qardaşımla əlaqə saxladım, onların da yanında deyil. Onlar da Rusiyada axtarışa veriblər. Xahiş edirəm, kömək edin”.

BDU-dan verilən məlumata görə, Ayza Məmmədova dərsdə iştirak etməyib və dərsdə iştirak etmədiyinə dair jurnalda adının qarşısına "q” yazılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalara başlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook