SON XƏBƏR

Bayılda sürüşmə zonasından təxliyyə olunanlara aylıq kirayə haqqı verildi

Fevral 21
14:52 2018
Bayıl yamacının sürüşmə zonasında yerləşən və təhlükəli vəziyyətdə olan 67 evin sahiblərinə birinci ay üçün kirayə haqqı ödənilib. Bu barədə "Trend”ə sakinlər məlumat verib.
 
Sakinlərin sözlərinə görə, kirayə haqları kart vasitəsilə deyil, şəxsiyyət vəsiqəsini təqdim etməklə Azərbaycan Beynəlxalq Bankından verilib: "Bizə demişdilər ki, minimum aylıq kirayə haqqı 260 manatdan başlanacaq. Amma belə olmadı. 3-4 nəfərlik ailəyə 100-150 manat, 6 nəfərlik ailəyə 250 manat, 8, 9 və daha çox ailə üzvü olanlara isə 300 manat kirayə haqqı ödənildi. Bir ayın kirayə haqqını aldıq. Bankdan bildirdilər ki, kirayə müavinətləri üçün plastik kartlar bir neçə günə hazır olacaq və sonrakı aylar üçün kirayə haqları həmin kartlarla ödəniləcək".
 
Ötən gün "Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov mənbəyə bildirib ki, bank tərəfindən hələlik sakinlərə veriləcək kirayə müavinətlərinin vaxtı konkret məlum deyil: "Əksər vaxtlarda sosial tipli odənişlər "Kapital Bank" vasitəsilə verilir və bu hal da istisna edilmir. Hazırda prosedura əsasən işlər aparılır və vəsait köçürülən kimi sahiblərinə təqdim olunacaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook