SON XƏBƏR

Başqan müavini: "Milli Şuranın keçirəcəyi mitinq Müsavat Partiyasında müzakirə olunmayacaq"

Mart 30
11:29 2017
"Milli Şuranın keçirəcəyi mitinq Müsavat Partiyasında müzakirə olunmayacaq".
 
Bunu "Report"a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib.
 
O bildirib ki, Milli Şuranın mitinqi ilə bağlı Müsavat Partiyasında hər hansı müzakirə aparılmayıb, aparılacağını da düşünmür: "O cür müzakirədə iştirak etməyə həvəsim də yoxdur".
 
E.Fəttah qeyd edib ki, Müsavat Partiyasının mitinq keçirməsi ilə bağlı müzakirələr aparılır: "Mitinqin keçirilməsi üçün vaxt təyin etməmişik. Bilirsiniz ki, bloger Mehman Hüseynovun həbsindən sonra onun qardaşı Emin Hüseynov müxalif düşərgənin birgə mitinq keçirməsi təklifi ilə çıxış etmişdi. Müsavat Partiyası bu təklifə müsbət yanaşmışdı. Ona görə bu yöndə hazırlıqlara başlamışdıq. Amma digər təşkilatlar birgə mitinq keçirilməsinə qarşı olduqları üçün təklif reallaşmadı. Müsavat Partiyasının mitinq keçirib-keçirməməsi məsələsi isə müzakirə olunur".
 
O bildirib ki, müzakirələr partiya daxilində aparılır: "Mitinqlə bağlı müzakirələr başqa təşkilatlarla aparılmır. Çünki bu cür müzakirələr əvvəllər də aparılıb, amma effekt verməyib".
 
Qeyd edək ki, Milli Şura aprelin 9-na mitinq təyin edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook