SON XƏBƏR

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriib

Dekabr 11
17:08 2017
Dekabrın 11-də Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
 
Baş Prookurorluqdan Musavat.com-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
 
Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız tərəfindən dərin ehtiramla yad edilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır.
 
Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.
 
Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Əbədiyyət” filmi nümayiş etdirilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook