SON XƏBƏR

Baş Prokurorluq: Ukraynada Azərbaycan şirkətlərinə qarşı cinayət işi başlanması barədə məlumatlar araşdırılır

Aprel 26
18:11 2017
Azərbaycanın Baş Prokurorluğu Ukraynada Azərbaycan şirkətlərinə qarşı cinayət işi başlanması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində Ukrayna Prokurorluğunda Azərbaycan şirkətlərinə qarşı cinayət işinin başlanması barədə yayılan informasiyalarda göstərilən xüsusatların həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə araşdırılır.

Göstərilənlərlə əlaqədar Ukrayna Baş Prokurorluğu ilə müzakirələr aparılır.

Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb.

İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər.

Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və şirkətlərinin nümayəndə heyəti də olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook