SON XƏBƏR

Baş Prokurorluq Aynur Camalqızının Mövlud barəsində dediyi sözü təkzib etdi

Mart 18
17:55 2017
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov redaksiyamıza təkzib xarakterli məktub yollayıb.
 
E.Sultanovun məktubunda deyilir:
 
«Yeni Müsavat»ın 18 mart 2017-ci il tarixli sayında"Teleqraf.com” agentliyinin redaktoru Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisində intihar etməsi ilə bağlı "Gündəlik Teleqraf” MMC-nin sahibi Aynur Camalqızının verdiyi müsahibədə mərhumun qardaşının prokurorluqda müstəntiq vəzifəsində işləməsi barədə informasiya dərc edilmişdir.
 
Həmin məlumat həqiqəti əks etdirməyindən tərəfimizdən təkzib olunur.
 
Ümumiyyətlə mərhumun ailə üzvlərindən hər hansı bir şəxs prokurorluq orqanlarında işləmir.»
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook