SON XƏBƏR

Baş prokuror: “Xaricdə mənə qarşı cinayət işi qaldırmaq istəyirlər”

İyun 05
06:48 2017
Rusiyanın Baş prokuroru Yuri Çayka sensasion bəyanatla çıxış edərək deyib ki, xaricdə ona və ailə üzvlərinə qarşı cinayət işi qaldırmaq istəyirlər. Virtualaz.org xəbər verir ki, Y.Çayka bu haqda NTV telekanalına müsahibəsində deyib. Onun bildirdiynə görə, cinayət işinin qaldırılması səylərinin arasında "Hermitage Capital” investisiya fondunun keçmiş sahibi, Rusiya məmurlarına qarşı "Maqnitski Aktı”nın təşəbbüskarı Uilyam Brauder dayanır. Lakin Baş prokuror ona qarşı məhz hansı ölkədə cinayət işinin qaldırılmasına hazırlıq getdiyini deməyib. Bununla belə eyham edib ki, bu iş korrupsiya ilə əlaqəli ola bilər.

Rusiya Baş prokurorunun bildirdiyinə görə, ona və ailə üzvlərinə qarşı kompromatların yayılmasının arxasında Brauderin dayandığına əmindir. Çayka kompromatlar dedikdə çox güman ki, Aleksey Navalnının qalmaqallı filimində onun barəsində danışılanları nəzərdə tutur. Həmin filmdə Çayka və oğlanları kriminal qruplaşmalarla əlaqədə, korrupsiyada ittiham olunurdu.

 

Uilyam Brauder

Çayka qeyd edib ki, hazırda Londonda yaşayan sahibkar Ulyam Brauder ona və ailə üzvlərinə qarşı "informasiya hücumunun” təşəbbüskarıdır. Baş prokurorun sözlərinə görə, Çaykanın məqsədi Rusiyanı və onun rəhbərliyini, hüquq mühafizə orqanlarını beynəlxalq aləmdə nüfuzdan salmaqdır. "Brauder göstərmək istəyir ki, Rusiya biznes-cameəsi və rəhbərliyi, xüsusən də hüquq-mühafizə orqanları korrupsiyalaşıb. Bu da bütün Rusiya Federasiyasını diskreditə edir”-Y.Çayka əlavə edib.

Baş prokuror əlavə edib ki, Brauderin məqsədi həm də Rusiyada onun barəsində aparılan cinayət təhqiqatına mane olmaqdır. Çaykanın bildirdiyinə görə, Rusiya hüquq-mühafizə orqanları ABŞ-a müraciət edərək Brauderin barəsində cinayət işinin qaldırılmasına çağırıb. "Biz onun barəsində Kiprdən böyük həcmdə sənədlər əldə etmişik. Brauder bu sənədlərdən qorxur"-o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook