SON XƏBƏR

Baş nazirin müavini və “Azərenerji”nin sədri Mingəçevirdə olublar

İyul 03
11:42 2018
Baş nazirin birinci müavini Yaqub Eyyubov və "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər

APA-nın yerli bürosunun məlumatına görə, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mingəçevir İES-in 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Soyutma işləri aparılıb və vəziyyət tamamilə nəzarət altındadır. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook