SON XƏBƏR

Baş nazir Milli Məclisdə hesabat verəcək

Fevral 11
12:17 2019
Sabah Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində parlamentin ikinci plenar iclası keçiriləcək.
 
MM-dən verilən məlumata görə, iclasın gündəliyinə ilkin olaraq, 38 məsələ, o cümlədən, bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın - Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi - hesabatı daxil edilib.
 
Hesabatla ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək.
 
Qeyd edək ki, bu ay parlamentin daha bir - üçüncü plenar iclasının keçirilməsi nəzərdə tutulur.
 
Eyni zamanda, mart ayında da parlamentin ən azı iki plenar iclasının baş tutması gözlənilir.
 
Belə ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin 5-ci iclasından gec olmayaraq (Novruz bayramına kimi - red.), Nazirlər Kabinetinin illik hesabatı dinlənilməlidir.
 
Oxu.az bildirir ki, bu il də məhz belə olacaq.
 
Yaz sessiyasının mart ayının 15-nə nəzərdə tutulan 5-ci iclasında hökumət adından baş nazir Novruz Məmmədovun hesabatı dinləniləcək.
 
Hesabat cəmi bir gün müzakirə ediləcək və təsdiqlənəcək.
 
Xatırladaq ki, yaz sessiyası mayın 31-də başa çatacaq.
 
Həmin vaxta kimi parlamentin daha bir neçə plenar iclası olacaq. Ailə-məişət zorakılığı, vərəm, şəkər xəstəlikləri, icbari tibbi sığorta və sair məsələlər ilə bağlı ictimai dinləmələr keçiriləcək, o cümlədən, Ombudsman Elmira Süleymanovanın və İnsan alverinə qarı mübarizə üzrə Milli Koordinatorun, daxili işlər nazirinin birinci müavini, general Vilayət Eyvazovun illik hesabatları dinləniləcək və təsdiqlənəcək.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook