SON XƏBƏR

Baş nazir: «İraqda 2-ci İsrailin qurulmasına icazə verməyəcəyik»

Sentyabr 18
12:00 2017
İraqın prezident köməkçisi Nuri Əl Maliki İraq Kürd Muxtariyyətinin hazırlaşdığı müstəqillik referendumu barədə maraqlı fikirlər səsləndirib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Maliki "Bu referendum nə İraq xalqının, nə də kürdlərin xeyrinədir. İraq konstitusiyasına zidd və qeyri-qanuni olan bu qərar ləğv edilməli, ya da referendum təxirə salınmalıdır. İraqın şimalında ikinci İsrailin qurulmasına icazə verməyəcəyik" deyib.
 
Qeyd edək ki, ABŞ, BMT, Türkiyə, İran, İngiltərə və digər ölkələr açıqlama verərək bölgə lideri Məsud Bərzanini referendumu ləğv etməyə səsləyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook