SON XƏBƏR

Baş nazir iki yerin adını ofşor siyahısından çıxardı

Dekabr 08
11:04 2018
Azərbaycan Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

Qlobal.az-ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Nauru və ABŞ Virgin adalarının adları "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.

Hazırda həmin siyahı belədir:

1. Anqila.
2. Antiqua və Barbuda.
3. Aruba.
4. Baham adaları.
5. Beliz.
6. Kuk adaları.
7. Qrenada.
8. Maldiv adaları.
9. Antill (Niderland).
10. Panama.
11. Samoa.
12. Sent-Kits və Nevis.
13. Seyşel.
14. Turk və Kaykos.
15. Vanuatu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook