SON XƏBƏR

Baş nazir adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı qərar verdi

Avqust 09
09:46 2018
Azərbaycan Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, qaydaların 6-cı (Adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə "Qeyd” əlavə olunub.
 
Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook