SON XƏBƏR

“Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti...” – Elxan Süleymanovdan sensasion açıqlama

Aprel 28
12:16 2017
"AŞPA-da bugünki "dövlət çevrilişinə cəhd” məhz Savitskinin rəhbərlik etdiyi gizli kəşfiyyat qrupunun sövdələşməsinin nəticəsidir”
 
"Avropa Şurası Parlament Assambleyası 1974-cü ilə qədər öz Nizamnaməsində hər zaman "Məşvərət” Assambleyası adlanıb. O, adını 1974-cü ildə dəyişib, çünki parlamentarilər açıq-aydın ad dəyişikliyində təkid edib. Nazirlər Şurası 1994-cü ildə ad dəyişikliyinə razılıq verdi, lakin Assambleyanın missiyası və miqyası, Nizamnamədə nəzərdə tutulduğu kimi, tamamilə eyni qaldı. Beləliklə, bu gün baş katiblərin və AİHM-yə hakimlərin seçilməsi istisna olmaqla, Assambleya hələ də sırf "məşvərət” səlahiyyətinə malikdir”.
 
Bunu müsavat.com-a göndərdiyi açıqlamasında millət vəkili, AŞPA nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. O, daha sonra qeyd edib: "Bundan əlavə, 22-ci maddədə deyilir ki, "Məşvərət (Parlament) Assambleyası Avropa Şurasının məşvərət orqanıdır.” Beləliklə, Assambleya yalnız məşvərət apara bilər, bu isə Oksford lüğətinə əsasən, "uzun və diqqətli müzakirə aparmaq” deməkdir. Bu qədər.
 
Deməli, məşvərət assambleyasının hər hansı tipli istintaq orqanı təsis etməsi açıq-aydın qeyri-mümkündür. Bundan əlavə, bu, nə beynəlxalq hüquqda, nə də üzv dövlətlərin milli hüquq sistemlərində nəzərdə tutulmuşdur. İstintaq hərəkətləri aparmağa qadir olan orqanlar üzv dövlətlərin hüquq-mühafizə orqanlarıdır.
Şübhəsiz, Assambleya istədiyi mövzu barədə improvizə edə və uydurma yaza bilər. Təəssüf ki, heç bir deputat baş katib Savitskinin şəxsi cəfəngiyyatını dayandırmağa yaxud düzəltməyə müvəffəq olmamış, yaxud onlara bunun üçün imkan verilməmişdir. Aydındır ki, bu, təəssüf ki, sadəcə kağız itkisidir.
Əlbəttə, bu gün baş katib əldə etdiyi nəticəyə sevinir, çünki sosialistləri və skandinaviyalıları Assambleyadakı üsyanını kor-koranə dəstəkləməyə asanlıqla inandıra bilmişdir.
 
Cənab Savitskinin Qaydaları yeni şərhlərindən biri də odur ki, onun təklifinin bazar ertəsi səhər Büronun sənədlərində olması, həmin gün günorta düzəlişlər olmadan qərar verilməsi və iki gün sonra yenidən düzəlişlər rədd edilərək, plenarda olması problem deyil. Demokratik qərarvericiliyin daha bir nümunəsi! Yaxud demokratiya evində 1 nömrəli məmurun kifayət qədər utancverici üsyanı?!
 
Onun Assambleya vasitəsilə irəli sürdüyü sənədi şəxsən ona "namizədlərlə şəxsi danışıqlar aparmaq” və daha sonra üç adla götürmək yaxud götürməmək təklifi vermək səlahiyyəti verir.... Şəffaflıq? Demokratiya?
 
Bir neçə həftə ərzində aydın olacaq ki, ali baş katibimiz AŞPA-da şəxsi gizli xidmətini yaratmaq ambisiyasının məyusedici xülya ilə bitəcəyini qəbul etməli olacaq... və onun AŞPA-nı imperatorsayağı idarə etməsi çox çəkməyəcək. Böyük ehtimalla AŞPA-da bugünki "dövlət çevrilişinə cəhd” məhz Savitskinin rəhbərlik etdiyi gizli kəşfiyyat qrupunun sövdələşməsinin nəticəsidir. Assambleyanın daha bir tənəzzülünə və yalnız o, buna görə məsuliyyət daşıyacaq!”
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook