SON XƏBƏR

Barselona teraktında ölənlər arasında azərbaycanlı yoxdur - XİN

Avqust 18
11:24 2017
Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib: "Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook