SON XƏBƏR

Banklar manatla əmanət qəbulunu dayandırdı - SƏBƏB

Fevral 21
11:39 2017
Əhali Manatda olan vəsaitlərini banklarda 2 ildən artıq müddətə saxlamaqda maraqlı deyil, daha çox qısamüddətli əmanət yerləşdirməyə üstünlük verilir. Səbəb 10 ilədək müddət üçün Manatın dəyərinin proqnozlaşdırılmasının çətin olmasıdır.
 
Azərbaycan Beynəlxalq Bankı milli valyutada 3-10 illik əmanət cəlb etməyi dayandırıb.
 
Qlobal.Az "Marja”ya istinadən xəbər verir ki, artıq Bank 24 ayadək əmanət qəbul edir. Əmanət faizləri müddətdən və faizlərin ödənilməsi formasından asılı olaraq 11-13% təşkil edir. Qeyd edək ki, indiyədək ABB-də depozit faizləri 8-10% civarında idi.
 
Beynlxalq Bank həmçinin, "Multivalyuta”, "Yığım”,"Avans”,"Uşaq”,  "Qızıl depozit”, "Pensiya” yığım əmanət növləri və "Əmanət kartı” məhsulunu ləğv edib.
 
Bundan başqa, Avro, İngilis funt sterlinqi və Rusiya rublu valyutasında əmanətlərin qəbulu dayandırılıb.
 
Beynəlxalq Bankın uzunmüddətli əmanət qəbulunu dayandırması və əmanət faizlərini qaldırması 20 illik ipoteka barədə ümidləri azaldır.


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook