SON XƏBƏR

"Bank Respublika" Silahlı Qüvvələr və Güc Strukturlarının hesabına varlanmaq istəyir?

İyun 13
12:00 2018
İqtisadi hesabatlarda reytinqi sürətlə enən "Bank Respublika"nın Silahlı Qüvvələr və Güc Strukturlarına zaminsiz kredit təklifi insanlar tərəfindən birmənalı qarşılanmayıb. 
 
Sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən "Bank Respublika"nın yeni kredit reklamının əsas səbəbi kimi sadə insanların banka müraciət etməməsi, bankın təklif etdiyi şərtlərin ağır olmasıdır. 
 
Qeyd olunur ki, "Bank Respublika" nə qədər yeniliklər etməyə çalışsa da, sadə insanları, ölkə rəhbərinin prioritet sahə elan etdiyi aqrar sektorda çalışan insanları, orta sahibkarları əməkdaşlığa cəlb edə bilmir.
 
Çox zaman isə bankın yenilik adı altında reklam etdiyi kredit şərtləri sadəcə aldadıcı olur. Müştərilərə təqdim olunan yeni şərtlər bəzən köhnə şərtlərdən səthi də olsa fərqlənmir. 
 
Məsələn, "Bank Respublika"nın müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini əldə etmək üçün Silahlı Qüvvələrin və Güc Strukturlarının əməkdaşları üçün elan etdiyi kampaniyada təklif olunan şərtlər (Silahlı Qüvvələr və Güc Strukturları əməkdaşları nağd kreditini illik 7%-dək endirimlə və zaminsiz əldə edə bilməsi, kreditin maksimal məbləğinin 10.000 manat, müddəti isə 36 ay müddətində olması və müştərinin aylıq gəlirindən asılı olaraq 5.000 manatadək nağd kreditin zaminsiz verilməsi) qonşu respublikalarla müqayisədə çox ağırdır.
 
Türkiyə, Rusiya və İranda Silahlı Qüvvələrdə çalışan insanlara təklif olunan kreditin illik faizinin 1.5-4 faiz arasında dəyişdiyi deyilir.
 
Halbuki, o dövlətlərin heç birisi müharibə şəraitində yaşamır və hərbçilərinin aldığı maaş da kifayət qədər yüksəkdir.
 
Qeyd edək ki, 2016-cı ildə "Moody’s" beynəlxalq reytinq agentliyi "Bank Respublika" ASC-nin uzunmüddətli depozit reytinqi üzrə proqnozunu "Stabil"dən "Neqativ"ə endirib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook