SON XƏBƏR

“Bank of Baku”da müdhiş fırıldaq: vəzifəli şəxs həbs edildi

Dekabr 29
12:16 2017
Bakıda bankın vəzifəli əməkdaşı müştərilərin pulunu mənimsədiyinə görə tutulub.

Qlobal.Az "Report"a istinadən xəbər verir ki, "Bank of Baku”nun baş eksperti Eldar İsmayılov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Məlumata görə, E.İsmayılov bankın müştərilərinin ümumilikdə 425 min ABŞ dolları məbləğində pulunu öz hesabına köçürərək nağdlaşdırmaqda şübhəli bilinir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Fakt "Bank of Baku”nun Reklam və İctimaiyyətlə əlaqələr departamentindən təsdiqlənib. Lakin əməkdaşın adının Eldar İsmayılov olmadığı bildirilib. Bankdan qeyd olunub ki, Eldar İsmayılov adlı şəxs "Bank of Baku”fəaliyyət göstərmir: "İstintaq sirri olduğu üçün adı açıqlanmayan bankın əməkdaşlarından birinin öz vəzifə öhdəliklərindən sui-istifadə edərək cinayət əməli törətməyə cəhd etmək istəyi aşkar olunmuş və dərhal bu cəhdin qarşısı bank tərəfindən alınmışdır. Hal-hazırda məsələ ilə bağlı polis tərəfindən istintaq-araşdırma işi aparılır”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook