SON XƏBƏR

Bank məlumatlarını oğurlayan yeni hücumlar yayılıb

Aprel 19
12:57 2021
"Dələduzlar artıq "vishing” hücumlarına başlayıblar. "Phishing” hücumun səsli versiyası olan "vishing” hücumları Azərbaycanda yeni yayılmağa başlayıb”.

Qlobal.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

Məlumata görə, dələduzlar vətəndaşlara zəng edərək onlardan kart məlumatlarını istəyirlər.

"Vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.

Müvafiq hallarla qarşılaşdığınızda hüquq mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.

Belə dələduzluq halları ilə qarşılaşan bank müştəriləri isə inandırıcı olsun deyə zənglərin daha çox müştərisi olduğu bankın adından edildiyini qeyd edirlər” - deyə məlumatda qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook